İyn
2020
08:20
49
461
38272
Virtual karabakh

Yeni təhlükəli “çelenc” başlayıb - FOTO

7 İyn, 2020
08:20
38272

Yeni təhlükəli “çelenc” başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da sosial şəbəkələrdə “George Floyd challenge” həştəqi ilə yeni təhlükəli flaşmoba start verilib.

Bu barədə “Snopes” xəbər yayıb.

Məlumata görə, ağdərili yeniyetmələr Corc Floydun ölüm səhnəsini təkrarladıqları formada şəkillər, videolar paylaşırlar.

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti “georgefloydchallenge” həştəqinin ləğvi üçün petisiya yaratsalar da, hələ ki, bu, öz nəticəsini verməyib.

Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əskinaslarla ödəniş edilməsi şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür. Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri