13 
Noy
2020
13:51
310
46
5061
Virtual karabakh

Rusiyada təyyarə qəza enişi etdi, detallardan biri yaxınlıqdakı marketin damından düşdü - FOTO/VİDEO

13 Noy, 2020
13:51
5061

Rusiyada təyyarə qəza enişi etdi, detallardan biri yaxınlıqdakı marketin damından düşdü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Novosibirsk şəhərində təyyarə uçuşdan dərhal sonra qəza enişi etmək məcburiyyətində qalıb.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, An-124 Tolmaçyovo aeroportundan uçub, lakin havaya qalxarkən heyət üzvü ilə rabitə kəsilib. Bundan sonra pilot layneri endirmək qərarına gəlir.

Eniş zamanı təyyarə zolaqdan çıxıb. Nəticədə, hava gəmisinin ön şassisi qopub.

Göyərtədə 14 nəfər olub. Onlar hamısı təxliyyə olunub.

Zərərçəkən yoxdur.

O da bildirilir ki, təyyarənin detallarından biri yaxınlıqdakı supermarketin damından içəri düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri