29 
Mar
2021
17:30
12
183
4396
Virtual karabakh

Sinəsinə saplanan bıçaqdan bir il xəbəri olmadı - FOTO

29 Mar, 2021
17:30
4396

Sinəsinə saplanan bıçaqdan bir il xəbəri olmadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filippin sakini xuliqanların hücumundan sonra bir il bədənində bıçaq gəzdirib, ancaq bundan xəbəri olmayıb.

Bu barədə “Cocontus” xəbər yayıb.

Bildirilir ki, 25 yaşlı Kent Rayan Tomao 2020-ci ildə Filippinin Kidapavan şəhərinə gəzməyə gedərkən bir qrup yeniyetmənin hücumuna məruz qalıb və bıçaqlanıb. Dövlət xəstəxanasında həkim müayinə etdikdən sonra yaranı yüngül sayıb və rentgenə ehtiyac duymadan tikiş atıb.  

Tomaonun sözlərinə görə, soyuq havalarda yarası incidib, ancaq bunun səbəbini bu yaxınlarda döş qəfəsinin rentgeni zamanı öyrənib. Şəkildə ağciyərlərin yanında bıçağın ülgücü aydın görünür.

Gənc yenidən Kidapavan şəhərinə qayıdaraq, əməliyyat üçün elə həmin xəstəxanaya müraciət etmək istəyir. Bununla belə o, nə həkimləri, nə də xəstəxananı şikayət etmək fikrində deyil.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri