16 
Dek
2022
00:57
494
43
7822
Virtual karabakh

Altı yaşında evləndirilən qızın atası və keçmiş həyat yoldaşı həbs olundu - FOTO/VİDEO

16 Dek, 2022
00:57
7822

Altı yaşında evləndirilən qızın atası və keçmiş həyat yoldaşı həbs olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə 6 yaşlı H.K.G. imam nigahı ilə evləndirilməsi barədə xəbər ölkədə böyük qalmaqala səbəb olmuşdu. Xəbərin yayılmasından 12 gün sonra təcavüzə göz yuman ata Yusuf Ziya Gümüşel və qızın keçmiş əri, təcavüzkar Kadir İstekli həbs olunub.

Qeyd edək ki, məsələ ilə bağlı ötən günlərdə iddianamə qəbul edilib, Kadir İstekli üçün 30, ata Yusuf Ziya Gümüşel və anası Fatimə Gümüşel üçün isə 18 ildən az olmamaq şərti ilə həbs cəzası istənilib.

Xatırladaq ki, qorxunc hadisənin üstü illər sonra hazırda 23 yaşında olan H.K.G.-nın özü tərəfindən açılıb. O, polisə şikayət edərək 6 yaşında ikən 29 yaşlı Kadir İstekli ilə evlendirildiyini deyib, gəlinlik geyindiyi haldakı görüntülərini təqdim edib və illərlə təcavüzə məruz qalmasından danışıb.

Mənbə: Hürriyet

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri