Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan ötən il yeddi milyard dollara yaxın birbaşa xarici investisiya cəlb edib
2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,7 milyard ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, birbaşa xarici investisiyalarda ilk beş ölkə Böyük Britaniya (1,9 milyard ABŞ dolları), Türkiyə (1,3 milyard ABŞ dolları), Kipr (792 milyon ABŞ dolları), Rusiya (617 milyon ABŞ dolları) və İran (396 milyon ABŞ dolları) olub.
Ən çox oxunanlar