Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Meyvə bağlarına dəyən zərər üzrə rekord məbləğdə aqrar sığorta ödənişi edildi
Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta çərçivəsində meyvə bağları və sair əkinlər üzrə böyük məbləğdə ödənişlər həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Aqrar Sığorta Fondunun məlumatına görə, ödənişlər Ağstafa və Samux rayonlarında yerləşən və müxtəlif hadisələr nəticəsində zərər çəkən fermer və təsərrüfatlara edilib.
Sığorta ödənişləri fırtına, dolu, sel-subasma və sair hadisələrdən dəymiş zərərlər üzrə ödənilib.
Belə ki, Ağstafa rayonunda yerləşən meyvə bağlarına dəyən zərərə görə 214 170 manat ödəniş həyata keçirilib.
Rayonun Poylu qəsəbəsində yerləşən meyvə bağlarına fırtına nəticəsində böyük zərər dəyib. Aqrar Sığorta Fonduna bu barədə məlumat verildikdən sonra təsərrüfata baxış keçirilməsi üçün ezam edilən ekspertlər hadisəni araşdırıb, zərəri qiymətləndirib, nəticədə meyvə bağlarına dəymiş zərər üzrə rekord məbləğdə - 215 170 manat ödəniş həyata keçirilib. Bu, indiyədək Azərbaycanda meyvə bağlarına dəymiş zərər üzrə ən böyük sığorta ödənişidir.
Samux rayonunun Qarabaclı kəndində yerləşən qarpız, günəbaxan və arpa sahələri isə subasmadan zərər çəkib. Hadisənin araşdırılmasından sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata qarpız sahəsi üzrə 94 500 manat, arpa sahəsi üzrə 24 500 manat, günəbaxan sahəsi üzrə isə 39 600 manat zərər hesablanaraq fermerlərə ödənilib. Qarpız və günəbaxan üzrə ödənişlər indiyədək bu bitkilər üzrə ən yüksək sığorta məbləğləridir.
Samux rayonunun Qarayeri kəndində isə gilas, şaftalı, gavalı bağları bu ilin may ayında fırtına hadisəsindən ciddi zərər görüb. Bu hadisə nəticəsində meyvə bağına dəyən zərərlər üzrə 25 049 manat aqrar sığorta ödənişi edilib.
"Kənd Təsərrüfatı Nazirliyi" teqi üzrə xəbərlər
- "Kənddən Şəhərə" Yeni il yarmarkası fəaliyyətə başlayıb
- Vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq
- Balıq məhsullarının satışı üzrə yeni bazarlar salınacaq
- Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
- Akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək