"Ötən 6 ay ərzində müxtəlif qurumlar tərəfindən 7 500 müqavilə elektron sistem vasitəsi ilə imzalanıb".
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Rəqəmsal maliyyə ekosistemi: İdarəetmədə yeni mərhələ" adlı konfransda qeyd edib.
"Elektron qaydada imzalanan müqavilələrin dəyəri 3 milyard manatdan artıqdır. Bu sistem bizə müxtəlif dövlət qurumları tərəfindən imzalanan müqavilələrin elektron data, qiymət bazasının, dövlət öhdəliklərinin elektron uçotunun formalaşmasına imkan verir", - deyə nazir qeyd edib.
Nəzrin Mirzəyeva