Yan
2018
20:20
58
239
9650
Virtual karabakh

Azərbaycan XİN İrandakı hadisələrə münasibət bildirib

2 Yan, 2018
20:20
9650

Azərbaycan XİN İrandakı hadisələrə münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə İranda baş verən hadisələrə münasibət bildirib.

Oxu.Az-ın xəbərinə görə, APA-nın sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.  Son 6 gündə etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.  Xatırladaq ki, İranın Təhlükəsizlik Nazirliyi  (Ettelaat)  məlumat yayaraq bildirib ki, son  hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri  müəyyən edilib və həbs olunub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri