24 
Sen
2018
14:19
131
32
5403
Virtual karabakh

Bakı ŞƏT-in tərkibində işğal olunmuş torpaqları qaytaracaq - ŞƏRH

24 Sen, 2018
14:19
5403

Bakı ŞƏT-in tərkibində işğal olunmuş torpaqları qaytaracaq - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Bakının xarici siyasətinin qurulması tendensiyasını nəzər alaraq, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyü daha məntiqi görünür. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında Q.V.Plexanov adına Rusiya İqtisadi Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib. 

Onun sözlərinə görə, son vaxtlar Azərbaycan Çin və Pakistanla sıx əməkdaşlıqlar qurur, bununla yanaşı, Rusiya Federasiyası ilə əməkdaşlığı genişləndirməkdə davam edir. 

“Bundan başqa, türk dünyası çərçivəsində rəsmi Bakı Özbəkistan, Qırğızıstan və Qazaxıstanla fəal əməkdaşlıq edir. Bu ölkələr ŞƏT-in fəal iştirakçılarıdır. Bununla yanaşı, Azərbaycanın Hindistanla əməkdaşlığı ŞƏT-in işində effektivliyi artıracaq”, - müsahibimiz bildirib. 

Perenciyev əlavə edib ki, müşahidəçi statusu rəsmi Bakıya gələcəkdə ŞƏT-in tərkibinə daxil olmaq imkanı verir.

“İstisna etmirəm ki, Azərbaycan təşkilatın tərkibinə daha bir müşahidəçi ölkə olan Belarusla birlikdə daxil ola bilər. Rəsmi Bakı Belarusla bütün sahələrdə, xüsusən, hərbi-texniki sahədə intensiv əməkdaşlıq aparır.

Bundan başqa, Azərbaycanın ŞƏT-ə üzv olması onun ərazi bütövlüyünü bərpa etməyə - işğal olunmuş yeddi rayonu qaytarmağa və Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək ola bilər”, - ekspert əlavə edib. 

ARAYIŞ

Səkkiz ölkə ŞƏT-ə üzvdür - Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan. 

Dörd ölkə bu təşkilatda müşahidəçi ölkə statusu qazanıb - Əfqanıstan, Belarus, İran və Monqolustan. 

Altı ölkə ŞƏT-in dialoq tərəfdaşıdır - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə, Şri-Lanka.

Ə.Ş.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri