21 
Sen
2018
16:21
31
85
3606
Virtual karabakh

Azərbaycan üçün ŞƏT-ə üzvlük niyə vacibdir? - ŞƏRH

21 Sen, 2018
16:21
3606

Azərbaycan üçün ŞƏT-ə üzvlük niyə vacibdir? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyü sürətləndirməklə bağlı doğru yoldadır. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı iqtisadi analitik Fuad Əlizadə deyib. 

Onun sözlərinə görə, Azərbaycan hökumətinin ŞƏT-ə olan yüksəl marağını göstərən faktlar var.

Təkcə 2016-cı ilin iyununda Azərbaycan tərəfindən tərəfdaş qismində ŞƏT-ə üzv olmaq üçün bütün proseslər yerinə yetirilib, bu ilin aprelində isə ölkə rəhbərliyi ŞƏT-də müşahidəçi dövlət olmaq üçün müraciət ünvanlayıb. 

“Azərbaycanın neft idxalının inkişafı üçün yeni bazarlara ehtiyacı var və indi dünyada ŞƏT kimi nəhəng bazarı təsəvvür etmək çətindir”, - ekspert bildirib. 

Müsahibimiz qeyd edib ki, Azərbaycan üçün ŞƏT çərçivəsində reallaşdırılmasında maraqlı olduğu layihə Çinin təşəbbüsü ilə həyata keçirilən “İpək yolu iqtisadi zonası”dır. 

“Bu təşəbbüsün həyata keçirilməsində əsas maliyyə mənbələrindən biri Asiya İnfrastruktur İnvestisiya Bankıdır. Bu bankın kapitalı 50 milyard dollardır və Azərbaycan bu bankda 0,25 faiz paya malikdir.

Azərbaycan ŞƏT çərçivəsində “Nəqliyyat daşımalarının inteqrasiya edilmiş idarəetmə sistemləri”nin formalaşmasında iştirak etmək niyyətindədir ki, Çindən və Mərkəzi Asiya ölkələrindən gələn mallar Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyəyə və Avropa Birliyi ölkələrinə çatdırılsın”, - Əlizadə deyib. 

Ekspert əlavə edib ki, ötən il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsindən sonra bu koridor daha da cəlbedici olub. 

“Bu gün Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının idxalı üçün əsas sayılır, ancaq Çin Azərbaycan mallarının ixracının şaxələndirilməsində böyük rol oynamalıdır.

Bunu Azərbaycan şərablarının Çinə idxal olunması və Çinin Umurçi bölgəsində ilk “Azərbaycan şərab evi”nin açılması ilə izləmək mümkündür, ilin sonunda isə Şanxayda belə bir evin açılması gözlənilir. 

Yeri gəlmişkən, Çindən sonra Azərbaycan şərabları Şri-Lankaya göndəriləcək”, - o deyib. 

İqtisadçı əlavə edib ki, Azərbaycan müşahidəçi dövlət statusu ilə kifayətlənməməli və ŞƏT-in üzvü olmalıdır. 

ARAYIŞ

Səkkiz ölkə ŞƏT-ə üzvdür - Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan. 

Dörd ölkə bu təşkilatda müşahidəçi ölkə statusu qazanıb - Əfqanıstan, Belarus, İran və Monqolustan. 

Altı ölkə ŞƏT-in dialoq tərəfdaşıdır - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə, Şri-Lanka.

Ə.Ş.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri