13 
Fev
2020
11:54
524
51
2609
Virtual karabakh

İlham Əliyev yunan-Roma güləşi üzrə komandamızı təbrik etdi - FOTO

13 Fev, 2020
11:54
2609

İlham Əliyev yunan-Roma güləşi üzrə komandamızı təbrik etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə milli komandamızın Avropa çempionatında möhtəşəm uğur qazanması münasibətilə özünün “Twitter” səhifəsində paylaşım edib.

Oxu.Az xəbər verir ki, paylaşımında deyilir:

“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə altı medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Xatırladaq ki, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamız tarixində ilk dəfə rekord sayda - altı medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar.

Beləliklə, iki qızıl və dörd bürünc medal qazanan millimiz 116 xal toplayaraq komanda hesabında ikinci olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri