11 
Fev
2020
23:15
696
68
19077
Virtual karabakh

Sənan Süleymanov Avropa çempionudur! - YENİLƏNİB

11 Fev, 2020
23:15
19077

Sənan Süleymanov Avropa çempionudur! - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Roma şəhərində güləş üzrə Avropa çempionatı davam edir.   

Oxu.Az xəbər verir ki, bu gün üç yunan-Roma güləşçimiz medal qazanıb.  

Belə ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli bürünc medal uğrunda meydan sahibi Covanni Freni ilə qarşılaşıb və qələbə ilə medalı boynundan asıb.   

77 kq çəkidə yarışan Sənan Süleymanov isə hamıdan güclü olub. Bunun üçün o, macarıstanlı Zotlan Levaya qalib gəlib.  

İslam Abbasov da medal kolleksiyamızı bürünclə zənginləşdirib 87 kq-da gücünü sınayan pəhləvanımız bunun üçün litvalı Eyvidas Stankeviçyusu yolundan kənarlaşdırıb.

82 kq çəki dərəcəsində yarışan Rafiq Hüseynov isə finala yüksəlib və “qızıl” uğrunda yarışmağa haqq qazanıb. 

 

19:24

İtaliyanın Roma şəhərində güləş üzrə Avropa çempionatı davam edir.  

Oxu.Az xəbər verir ki, bu gün üç yunan-Roma güləşçimiz medal qazana bilər. 

Belə ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli bürünc medal uğrunda meydan sahibi Covanni Freni ilə qarşılaşacaq.  

77 kq çəkidə yarışan Sənan Süleymanovun isə hamıdan güclü olmaq şansı var. Bunun üçün o, macarıstanlı Zotlan Levaya qalib gəlməlidir. 

İslam Abbasov da medal kolleksiyamızı bürünclə zənginləşdirə bilər. 87 kq-da gücünü sınayan pəhləvanımız bunun üçün litvalı Eyvidas Stankeviçyusu yolundan kənarlaşdırmalıdır. 

82 kq çəki dərəcəsində yarışan Rafiq Hüseynovu isə finaldan bir görüş ayırır. Pəhləvanımız italiyalı Çiro Russoya qalib gəlsə, “qızıl” uğrunda yarışmağa haqq qazanacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri