"Polşanın Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən atışmanı törədən şəxsin evində daha üç meyit aşkar edilib".
Oxu.Az "Polsat" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Donald Tusk məlumat verib.
O əlavə edib ki, bu məlumat pilotsuz uçuş aparatının köməyi ilə əldə edilib.
Hazırda məlumatın təsdiqlənməsi istiqamətində işlər aparılır.
Polşanın Krakov şəhərinin mərkəzində atəş açan şəxsin Polşa ordusunun keçmiş hərbi qulluqçusu olduğu məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Onet" məlumat yayıb.
Kiçik Polşa voyevodalığının rəhbəri Yan Klençar isə bildirib ki, atışma nəticəsində ölənlərin sayı altı nəfərə çatıb, daha 12 nəfər xəsarət alıb.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında atışma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində azı beş nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Bildirilib ki, naməlum şəxs avtomobildən sakinlərə atəş açıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs qısa müddət sonra saxlanılıb. Onun saxlanılması zamanı yaralandığı bildirilir.