Rusiyalı MMA (qarışıq döyüş sənətləri) əfsanəsi Fyodor Yemelyanenko sabiq UFC çempionu Həbib Nurməhəmmədovla nümunəvi qarşılaşmaya razıdır.
Oxu.Az xəbər verir ki, o, bu barədə TASS-a açıqlamasında bildirib.
"Əgər Həbib nümunəvi döyüşə qarşı deyilsə, bunu təşkil etmək olar. Mən razılığımı vermişəm. Harada keçiriləcəyinə gəlincə, bunun üçün uyğun platforma tapmaq lazımdır. Bəlkə də növbəti dünya çempionatı çərçivəsində təşkil oluna bilər. Hələlik növbəti çempionatın harada keçiriləcəyi məsələsi həll olunur", - deyə Yemelyanenko bildirib.
Qeyd edək ki, Fyodor Yemelyanenko və Həbib Nurməhəmmədov hazırda Daşkənddə keçirilən sambo üzrə dünya çempionatında iştirak edirlər.
MMA üzrə dünya çempionatı isə noyabrın 1-dən 7-dək Tbilisidə reallaşır.