"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir.
Oxu.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektivi üçün nəzərdən keçirir.
Klub belçikalı qapıçısı Tibo Kurtuaya yeni müqavilə təklif etməyə hazırlaşsa da, gələcək planları üzərində də işləyir.
Suzukinin çıxışı PSJ, "Liverpul", "Arsenal", "Mançester Siti" və "Tottenhem"in də diqqətini çəkib. "Aston Villa" isə yayda "Parma"dan transfer etdiyi futbolçunu komandada saxlamaqda maraqlıdır. İngiltərə klubu yaponiyalı qapıçı ilə beşillik müqavilə imzalayıb.
Qeyd edək ki, Zion Suzuki Yaponiya millisinin üzvüdür. O, 2026-cı ilin yayında təxminən 30 milyon funt-sterlinq qarşılığında "Aston Villa"ya keçib.