Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ səfiri Rusiya-Azərbaycan əlaqələrini və Türkiyənin Cənubi Qafqazdakı rolunu dəyərləndirdi
“Regionun təhlükəsizlik arxitekturasının perspektivi qeyri-müəyyən olaraq qalır. Çünki Rusiya Prezidenti Vladimir Putin digər ölkələri hədələyir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var və bu, vacibdir.
Litzenberger Türkiyənin Cənubi Qafqazda aktiv iştirakına da münasibət bildirib.
“Biz Türkiyənin rolunu qiymətləndiririk, ümumiyyətlə regionda sülh və təhlükəsizliyə töhfə verən dövlətlərin təşəbbüslərini alqışlayırıq. Nəzərə alaq ki, Türkiyə NATO üzvüdür”, - deyə o əlavə edib.
Aqşin Kərimov