Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın növbəti görüşü keçirilib -YENİLƏNİB
Avqustun 30-da Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.
Bu barədə Oxu.Az-a Azərbaycan XİN-dən məlumat verilib.
İclasdan öncə Rusiya Federasiyası Hökümətinin sədri Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryanla görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb. Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.
Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.
Üçüncü görüşün razılaşdırımış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.
14:25
Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın görüşü keçirilir.
APA xəbər verir ki, Rusiya xarici işlər nazirliyinin Qəbullar Evində keçirilən görüşdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev təmsil edir. Ermənistan tərəfdən isə görüşdə baş nazirin müavini Mqer Qriqoryan iştirak edir.
Qeyd edək ki, bu, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın sayca ikinci görüşdür. İlk görüş bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub.
Xatırladaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Komissiyanın görüşü Rusiya tərəfinin məşvərətçi yardımı ilə keçirilir. Mətbuata qapalı keçirilən görüşün yekunları ilə bağlı Rusiya XİN-in məlumat yayacağı gözlənilir.
Onu da qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı Rusiya tərəfinin məşvərətçi yardımı ilə ikitərəfli Komissiyanın yaradılması barədə razılıq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli razılaşmasına əsasən əldə olunub.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
- Ermənistanda futbolçular məvaciblərini tələb edirlər
- Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Paşinyan məmurları "WhatsApp" mesajı ilə şoka saldı