Noy
2022
10:45
336
21
2279
Virtual karabakh

Bakıda Zəfər Günü ilə bağlı ikinci istiqamət üzrə yürüş başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO

8 Noy, 2022
10:45
2279

Bakıda Zəfər Günü ilə bağlı ikinci istiqamət üzrə yürüş başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zəfər Günü münasibətilə Şəhidlər xiyabanından başlayan yürüş Bəhram Gur heykəlinin yanında başa çatıb.

Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ikinci ildönümü münasibətilə üç marşrut üzrə yürüş keçirilib. Şəhidlər xiyabanından başlayan marşrut “Alov qüllələri” kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinə qədər davam edib.

10:03

44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən iki il ötür.

Oxu.Az xəbər verir ki, bu gün qələbənin ildönümü münasibətilə Şəhidlər xiyabanından ikinci istiqamət üzrə yürüş başlayıb.

Hərbi orkestrin müşayiəti ilə başlayan yürüşdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yürüş Şəhidlər xiyabanından başlayaraq “Alov qüllələri” kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinə qədər davam edəcək.

Hərəkət marşrutu üç istiqamət üzrə təşkil edilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun 2 908 hərbçisi torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olub. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabrda imzaladığı sərəncama əsasən, 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur.

Daha çox foto burada: Photostock.az

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri