Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda Zəfər Günü ilə bağlı üçüncü istiqamət üzrə yürüş keçirilib - YENİLƏNİB + FOTO
Bakıda 44 günlük Vətən müharibəsində Zəfərin ikinci ildönümü ilə bağlı üçüncü istiqamət üzrə yürüş başa çatıb.
Hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı marşrutu üzrə davam edib.
10:17
44 günlük Vətən müharibəsində qazanılan Zəfərin ikinci ildönümü təntənəli şəkildə qeyd edilir.
Oxu.Az xəbər verir ki, bu münasibətlə Bakıda üç istiqamət üzrə yürüş keçirilir.
Üçüncü istiqamət üzrə yürüş başlayıb.
Hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı marşrutu üzrə davam edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabrda imzaladığı sərəncama əsasən, 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur.
Daha çox foto burada: Photostock.az
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib
- Prezident İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib
- İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib
- Prezident Xocalının Ballıca kəndinə köçən bir qrup sakinlə görüşüb
- Prezident dövlət agentliyinə 1.5 milyon manat ayırdı