28 
Noy
2022
19:45
277
53
5856
Virtual karabakh

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olunub - YENİLƏNİB + VİDEO

28 Noy, 2022
19:45
5856

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olunub - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunan Vüqar Əliheydər oğlu Əliyev noyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən kollektivə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.

Vüqar Əliyev ona göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

13:29

Prezident İlham Əliyev Vüqar Əliheydər oğlu Əliyevin Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Qərara əsasən, Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri