Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilib - VİDEO
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
“Report” xəbər verir ki, görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilir.
XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.
Görüşün yekunlarına əsasən, Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planının imzalanacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 4-də Rusiyaya işgüzar səfərə yola düşüb.

"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər
- Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb
- Ceyhun Bayramov "Serbiya Bayrağı" ordeni ilə təltif olunub
- Azərbaycan XİN başçısı Serbiyaya işgüzar səfərə yola düşüb
- Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub