Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mədəniyyət nazirinə yeni müavin təyin edildi
Azərbaycan mədəniyyət nazirinə yeni müavin təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Murad Fərid oğlu Hüseynov mədəniyyət nazirinin müavini təyin edilib.
O, bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, M.Hüseynov 1973-cü il dekabrın 1-də Bakıda anadan olub.
O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991-1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib. 1996-1999-cu illərdə Bakı Musiqi Akademiyasının aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub.
M.Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000-2002-ci illərdə A.Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.
Azərbaycanın Xalq artisti, pianoçu, beynəlxalq müsabiqələr laureatıdır.
"Fransa" teqi üzrə xəbərlər
- Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq
- BTQ: "Fransa dənizaşırı ərazilərinin unikal ekosisteminə ciddi ziyan vurub"
- Fransadakı böhran dünyanın ən böyük muzeyinin gələcəyini təhlükə altına alıb
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər