Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Baş nazir Əli Əsədov Mixail Mişustinin dəvəti ilə Soçiyə işgüzar səfərə gedib
İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gedib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.
Bundan əlavə, səfər çərçivəsində Əli Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Məktəblərdə dərs günlərinin yerləri dəyişdirildi
- Azərbaycanda dövlət orqanları üçün vahid indekslərin siyahısı genişlənib
- Texniki tənzimləmənin şamil olunduğu malların SİYAHISI təsdiq edildi
- Baş nazirdən QƏRAR: Xaricdə təhsil Dövlət Proqramının müddəti uzadıldı
- Hökumətin hesabatı Milli Məclisə daxil olub
Ən çox oxunanlar