Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyan Makrondan sonra Almaniya kansleri Şoltsla danışdı
Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla Ermənistan-Azərbaycan şərti sərhədi yaxınlığında artan gərginlik məsələsini müzakirə edib.
Ermənistan Respublikası Nazirlər Kabinetinin Mətbuat Xidmətinin məlumatına görə, Şoltsla söhbətində baş nazir gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağı xahiş edib.
Şolts öz növbəsində regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, Paşinyan bundan əvvəl Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqların aparılmasını xahiş etmişdi.
Mənbə: Sputnik Armenia