26 
Sen
2023
00:39
250
568
20262
Virtual karabakh

Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO

26 Sen, 2023
00:39
20262

Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xankəndi-Əsgəran yolunda benzin anbarında baş vermiş partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb.

Məlumata görə, yaralıların əksəriyyətinin vəziyyəti ağır və ya son dərəcə ağır olaraq qiymətləndirilir.

Bildirilir ki, mövcud tibbi imkanlar lazımi xidmətin təşkili üçün kifayət etmir.

Mənbə: TASS

00:20

Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verən ərazidən yeni görüntülər yayımlanıb.

Qeyd edək ki, hadisə nəticəsində çox sayda ölənlər və yaralananların olduğu bildirilir.

Sözügedən ərazidən görüntüləri təqdim edirik:

Mənbə: abc media

25 sentyabr, 21:10

Rusiya sülhməramlı kontingentinin (RSK) həkimləri Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayış nəticəsində xəsarət alanlara yardım edirlər.

Bu barədə RSK məlumat yayıb.

Zərərçəkənlərin bir çoxunun yanıq xəsarətləri aldığı bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.

25.09.2023, 19:50

Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqələrindən birində güclü partlayış olub.

Ermənistan mediasında yayılan məlumata görə, təxminən 10 tonluq yanacaq çəni partlayıb.

Bildirilir ki, bu çənin yaxınlığında çox sayda insan olub.

Hadisə şahidlərinin sözlərinə görə, hazırda təcili yardım heyətləri yaralılara kömək edir. Zərərçəkənlərin dəqiq sayı barədə məlumat verilmir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri