Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qranadada Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmə gəldi - YENİLƏNİB + VİDEO
Qranadada Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts arasında dördtərəfli görüşün yekunlarına dair bəyanat qəbul olunub.
Bəyanatda görüş iştirakçıları Ermənistan (29,800 km2) və Azərbaycanın (86,600 km2) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qaldıqlarını qeyd ediblər.
Onlar SSRİ Baş Qərargahının tərəflərə təqdim etdiyi ən son xəritələr əsasında sərhədlərin delimitasiyası üzərində işin təcili aparılmasının zəruriliyini vurğulayıblar. Bildirilib ki, bu xəritələr həm də sülh müqaviləsinin bağlanması və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır.
Sənəddə həmçinin regional əməkdaşlığın artırılmasına və bütün sərhədlərin, o cümlədən Ermənistan və Türkiyə arasındakı sərhədin, həmçinin regional kommunikasiyaların ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında açılmasına çağırış əks olunub.
19:20
İspaniyanın Qranada şəhərində Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts arasında dördtərəfli görüş baş tutub.
Görüntüləri Ermənistan mediası yayıb.
Danışıqlar Avropa Siyasi İcmasının növbəti sammiti çərçivəsində keçirilib.
Xatırladaq ki, Azərbaycan Preizdenti İlham Əliyev görüşdə iştirakdan imtina edib.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Yarıtmaz daxili, dişsiz xarici siyasət - Makron Fransası artıq güc mərkəzi deyil
- Ukraynaya Aİ-nin vahid bazarına üzvlük təklif edilə bilər
- "Tegeta Motors"un yeni servis mərkəzi tranzit avtomobillərinə xidmət göstərəcək
- Bəhruz Məhərrəmov: "Azərbaycanda bəzi xarici ölkələrin səfirləri özlərini ombudsman kimi aparırlar"
- Avropa yenidən silahlanır: 800 milyard avro ayrılır