Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Avtomobillərin texniki baxışı ilə bağlı dəyişikliklər təsdiqlənib
“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.
Daxili işlər naziri Vilayət Eyvazov dəyişiklik barədə müvafiq qərar imzalayıb.
Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.
Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın birindən qüvvəyə minir.
"Vilayət Eyvazov" teqi üzrə xəbərlər
- Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirilib
- Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Xaçmaza yeni polis rəisi təyin olunub
- Daxili İşlər Nazirliyinin əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər