17 
Yan
2018
10:00
92
67
12281
Virtual karabakh

Azərbaycan brendi “RAHAT Supermarketləri” inkişaf üçün daha etibarlı əsas yaradır

17 Yan, 2018
10:00
12281

Azərbaycan brendi “RAHAT Supermarketləri” inkişaf üçün daha etibarlı əsas yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bulud”a köçürülmüş Azərbaycanın pərakəndə satış brendi “RAHAT Market” zəif ehtiyat idarəetmənin qısamüddətli probleminin həlli ilə yanaşı, zaman keçdikcə biznesin yeni virtual yolundan strateji dəyərlərini çıxarmağa başlayıb.

Bu addım daha çox dayanıqlılığı təmin etdi, xərcləri azaltdı və köhnələn serverlərlə bağlı narahatlıqları aradan qaldırmış oldu. İndi “RAHAT Market” diqqətini biznes üçün lazım olan məlumatların effektiv istifadəsinə yönəldə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə brendin IT meneceri Turab Hüseynov deyib.

Azərbaycanın məşhur ticarət şəbəkəsi olan “RAHAT Market”in IT meneceri T.Hüseynov anlayıb ki, şirkətin təşkilati məlumatlarının qorunması üçün daha etibarlı yol tapmaq lazımdır.

“RAHAT Market” biznes məlumatlarının təhlükəsiz ehtiyat nüsxəsinin yaradılmasını təmin etməyə çalışıb, lakin gözlənilməz səhvlərin baş verəcəyi hallarda məhdud büdcəyə görə əlavə fiziki düyünün bərpa olunmaması ilə bağlı manevr üçün yerlər mövcud olmayıb.

Turab Hüseynov bu maneələrdən keçə bilmirdi, lakin etibarlı tərəfdaşla söhbət zamanı SIP-in tətbiqi onu belə bir fikrə gətirib:

“Bulud”a keçid “RAHAT Market”in rezerv nüsxəsinin yaradılması, qəza bərpası və eyni anda əməliyyatları təkmilləşdirərkən məlumatların qorunması kimi problemləri həll edə bilərmi?

Cavab müsbət olub, belə ki, SIP-in “Microsoft”un təqdim etdiyi “bulud”un istifadəsinə dair təklifi artıq özünü doğrultmuşdu.

Hazırda şirkətin bütün 60 mağazası “Microsoft Azure” ilə işləyir və heç də pis nəticə nümayiş etdirmir.

“Azure”dan istifadə etməyə başladıqdan sonra biz əvvəllər görünməyən bir çox üstünlüklər aşkarladıq. Etibarlılıq əladır və komanda əhəmiyyətli irəliləyişi təsdiqləyir”, -  Hüseynov deyib. 

“Bulud”a keçidin üstünlükləri xərclərin idarə olunması sahəsində daha çox hiss olunur:

“Bizim xərclərimiz azalıb – bu, təkcə daha server avadanlığına ehtiyac olmaması ilə bağlı deyil. Bizdə ilkin olan vəziyyətlə müqayisədə “Azure”də daha az resurs lazım olur”.

“Bir mağazaya xərclərin cəmi 1 dollar azaldılması da müsbət nəticə verir. Əvvəllər xidmətə sərf etdiyimiz vaxt da kəskin azalıb”, – o deyir.

“Məhsuldarlıq da artıb, onun nisbəti 100%-dən yuxarı olub. “Azure”nin tətbiq edilməsinin nəticəsi o deməkdir ki, biz server avadanlığı barədə fikirləşmirik və İT resurslarımızı müştərilərə xidmətin təşkil edilməsinə yönəldirik”, – Hüseynov əlavə edib.

“Növbəti addım 20 iri mağazanı “Azure”də qeydiyyatdan keçirmək və Power BI analitika və hesabatının imkanlarını öyrənilməsindən ibarət olacaq. Ehtiyat nüsxələrin yaxşılaşdırılması yolunu axtarışları ilə başlayan layihə üçün pis nəticə deyil”, - deyə Turab Hüseynov yekunlaşdırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri