Sen
2022
13:15
16
65
804
Virtual karabakh

“Xalq Bank” biznes müştəriləri üçün “Ticarət platforması”nı təqdim etdi!

8 Sen, 2022
13:15
804

“Xalq Bank” biznes müştəriləri üçün “Ticarət platforması”nı təqdim etdi!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin aparıcı banklarından olan “Xalq Bank” onlayn “Ticarət platforması”nı tətbiq etməklə valyuta mübadiləsi əməliyyatlarının operativ həllini təqdim etdi. “XalqOnline” sistemində istifadəyə verilən yeni platforma Bankın sahibkar və korporativ müştərilərinin valyuta alqı-satqı əməliyyatlarını sürətli və rahat şəkildə icra etməyə imkan yaradan müasir rəqəmsal bank xidmətidir. 

“Xalq Bank” müştərisi “Ticarət platforması” üzərindən Bankın təyin etdiyi gündəlik məzənnələrə baxmaq, ona maraqlı valyuta cütlüklərini təyin edərək məzənnələri izləmək və sərfəli şərtlərlə əqd bağlamaq imkanı əldə edir. Platforma üzərindən Banka göndərilən valyuta mübadiləsi sorğusu 2 dəqiqə ərzində onlayn rejimdə cavablandırılır. Müştəri, həmçinin alqı-satqı əməliyyatı üçün Banka öz məzənnə təklifini göndərə və onlayn cavab gözləyərək vaxt itirmədən əqdi bağlaya bilər. Əlavə olaraq Bank real vaxt rejimində güzəştli məzənnə ilə konvertasiya əməliyyatlarının aparılması üçün xüsusi təkliflər verə bilər: bu zaman müştəri “XalqOnline” mobil tətbiqi vasitəsilə aktual təklif barədə xəbərdaredici mesaj alır.

Xidmətdən yararlanmaq üçün heç bir əlavə yükləmə və ya qoşulma tələb edilmir. Müştəri kompüter və ya mobil telefondan “XalqOnline” sistemindəki kabinetinə daxil olaraq müvafiq bölməyə keçid etməklə əməliyyatlara başlaya bilər.

“XalqOnline” dünyanın istənilən nöqtəsindən ölkədaxili və beynəlxalq pul köçürmələri, konvertasiya, əməkhaqqı ödənişləri, toplu və şablon üzərindən ödənişlər həyata keçirməyə, həmçinin hesab qalığı və əməliyyatlar üzrə çıxarışlar əldə etməyə imkan verən rahat internet və mobil bankçılıq sistemidir.

Bank məhsulları, eləcə də yenilikləri haqqında ətraflı məlumatı “Xalq Bank”ın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri