10 
Noy
2022
11:03
31
24
1815
Virtual karabakh

Bütün ödənişlərimdə necə keşbek qazana bilərəm?

10 Noy, 2022
11:03
1815

Bütün ödənişlərimdə necə keşbek qazana bilərəm?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın yeni elektron pulqabısı - m10 tətbiqi istifadəçilərinə indi daha sərfəli ödənişlər etmək imkanı verir. Tətbiq vasitəsi ilə həyata keçirilən bütün ödənişlər öz sahiblərinə 2% keşbek qazandırır.

PashaPay məhsulu olan m10-nun istifadəçiləri kommunal, mobil operator, DYP cərimə, kabel televiziyası və internet ödənişləri etməklə bütün ödəniş kateqoriyalarından eyni zamanda bonuslar toplaya bilərlər. Keşbek dərhal istifadəçi balansına yüklənir. Qazanılan məbləği bildirişlər bölməsindən izləmək mümkündür.

Rahat və təhlükəsiz m10 tətbiqindən tək nömrənizlə qeydiyyatdan keçərək istifadə edə bilərsiniz. Ölkədaxili sürətli köçürmələrinizi komissiyasız həyata keçirmək, eləcə də balansınızdakı pulu bütün Kapital Bank bankomatlarından komissiyasız nağdlaşdırmaq olar. Üstəlik, tətbiqdə heç bir gizli şərt yoxdur.

“PashaPay”, “xalq brendi” kimi tanınan, 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub. Şirkətin missiyası istənilən yerdə, istənilən zaman hər kəsin pulunu asan və rahat idarə etməsi üçün maliyyə xidmətləri hazırlamaqdır. Şirkət həm geniş kütləyə, həm də sahibkarlara “Həyatı asanlaşdırırıq” vədini verir.

m10 yeniliklərini FacebookInstagram səhifələrimizdən izləyin.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri