22 
Yan
2024
10:00
9
36
608
Virtual karabakh

“ACIBADEM” üçün 2023-cü il: Nailiyyətlər və müvəffəqiyyətlər ili

22 Yan, 2024
10:00
608

“ACIBADEM” üçün 2023-cü il: Nailiyyətlər və müvəffəqiyyətlər ili

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Acıbadem” Sağlamlıq Qrupu üçün 2023-cü il reallaşdırılmış məqsədlər və həyata keçirilmiş layihələr ili oldu. Türkiyədə və xaricdə aparıcı səhiyyə xidməti göstərən “Acıbadem” 2024-cü ilə beş ölkədə fəaliyyət göstərən 24 xəstəxana və 15 tibb mərkəzi şəbəkəsi ilə daxil olub və dünyanın hər yerindən xəstələri cəlb edib. Bu yaxınlarda səkkizinci dəfə Türkiyənin Səhiyyə İxrac Çempionu adını qazanan tibb müəssisələri şəbəkəsi öz əhatə dairəsinin genişləndirilməsinə, xidmətlərin təkmilləşdirilməsinə və gələcək üçün davamlı həllərin təqdim edilməsinə sərmayə qoyuluşunu davam etdirməyi planlaşdırır.

Xəstəxanalar şəbəkəsinin və əlaqə məntəqələrinin genişləndirilməsi

Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə fəaliyyət göstərən ən böyük özəl xəstəxana və tibb mərkəzi 2023-cü ildə “Acıbadem” Sağlamlıq Qrupunun tərkibinə qatıldı. “LEED (Enerji və Ətraf Mühit Dizaynında Liderlik) Gold” sertifikatlı “Acıbadem” Ataşehir xəstəxanasının 2022-ci ilin sentyabr ayında istifadəyə verilməsi və İzmirdə yerləşən tibb müəssisəsinin “Acıbadem” şəbəkəsinə qatılması ilə Sağlamlıq Qrupuna daxil olan tibb müəssisələrinin sayı 5 ölkədə (Türkiyə, Bolqarıstan, Şimali Makedoniya, Serbiya və Niderland) fəaliyyət göstərən 24 xəstəxanaya və 15 tibb mərkəzinə çatıb. “Acıbadem” 29 ölkədə və 53 şəhərdə 58 nümayəndəlik (Health Point offices) açmaqla beynəlxalq bazarda iştirakını genişləndirib.

Texnologiyalara və innovasiyalara sərmayə qoyuluşu

Xəstələrə göstərilən qayğı və xidməti ən yüksək səviyyəyə çatdırmaq məqsədilə “Acıbadem” insan resurslarına və qabaqcıl texnologiyalara sərmayə qoyuluşunu 2023-cü ildə də davam etdirib. Xəstəxanalar şəbəkəsində işinin ən yaxşı mütəxəssisləri olan 3000-dən çox həkim və 5000 tibb bacısı çalışır. Şəbəkə xüsusilə onkologiya, nevrologiya və neyrocərrahiyyə, orqan və sümük iliyi transplantasiyası, ürək və uşaq xəstəlikləri, IVF, onurğa cərrahiyyəsi və tibbi idman sahələrində fəaliyyət göstərən mükəmməl mərkəzləri ilə tanınır. “Acıbadem” Türkiyədə və regionda ilk dəfə olaraq xərçəng xəstəliyinin müalicəsində şişlərə hücum etmək üçün immun hüceyrələrdən istifadə edilən “CAR T”hüceyrə terapiyasını tətbiq edib.

Dünyada mövcud olan ən son yüksək texnologiyalı avadanlıqlarla dəstəklənən qabaqcıl xərçəng müalicəsi “Acıbadem” tibb müəssisələrinin əsas fəaliyyət istiqamətidir. “Acıbadem” xəstələrə qeyri-invaziv radiocərrahiyyə üçün “CyberKnife”, şişlərin və beyin zədələrinin müalicəsi üçün “Gamma Knife ICON”, “MR Linac”, maqnit rezonans tomoqrafiya (MRT) cihazlarından, xərçəng xəstəliyinin müalicəsində “Ethos” süni intellektindən (AI) və ən son radiasiya terapiyası cihazlarından faydalanmaq imkanı yaradır. “Acıbadem” öz xəstələri üçün ən yüksək səviyyədə təhlükəsizliyi, dəqiqliyi və səmərəliliyi təmin etmək məqsədilə ən son texnologiyalara sərmayə qoyuluşunu davam etdirir.

Gələcəyin tibb işçilərinin savadlılığının artırılması

“Acıbadem” Türkiyədə ilk dəfə olaraq ali təhsil müəssisələrini öz ekosisteminə daxil edib və onları tibbi xidmətlərlə təmin edib. 2007-ci ildə “Acıbadem” Sağlamlıq və Təhsil Fondu tərəfindən qeyri-kommersiya təşkilatı kimi əsası qoyulan “Acıbadem” Mehmet Ali Aydınlar Universiteti bu gün tibb, əczaçılıq və tibb elmləri sahələrində yeni nəsil peşəkarlar yetişdirir. Burada Klinik Simulyasiya və Qabaqcıl Endoskopik-Robotik Cərrahiyyə Tədris Mərkəzi - CASE, tədqiqat laboratoriyaları və “nou-hau” bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulmuş biodizayn mərkəzi fəaliyyət göstərir. 

Xəstələrə qulluq, həyatlara müsbət təsir

Ötən il ərzində beş qitədən və 96 ölkədən 50 000-dən çox əcnəbi xəstə müalicə üçün “Acıbadem”i seçib. Bacarıqlı və ən əsası insani yanaşma nümayiş etdirən mütəxəssislərimiz estetik tibdən mürəkkəb müalicələrə, minimal invaziv və robotik cərrahiyyəyə qədər müxtəlif sahələr üzrə bizə müraciət edən hər bir xəstəni xoş qarşılayıb və mehribanlıqla yola salıblar.

“ACIBADEM” şirkətlər qrupunun Bakı nümayəndəliyi: Səməd Vurğun küçəsi 36

Telefon: +994 12 595 96 81

“ACIBADEM” şirkətlər qrupunun Gəncə nümayəndəliyi: 4-cü mkr, Məmməd Xələfov küç 4, mən. 15

Telefon: +994 22 255 07 06

Rəsmi sayt və ya klinikanın rəsmi nümayəndəliyi vasitəsilə sorğu göndərməklə “Acıbadem” şəbəkəsinin aparıcı həkimlərindən pulsuz ikinci tibbi rəy ala bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri