İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramı çərçivəsində 3 internat evində kompüter bilikləri üzrə təlimlər həyata keçirilib.
Əsas məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqlara İKT sahəsində ilkin bilikləri ötürmək, onları rəqəmsal dövrdə təhsil və peşə imkanlarını artıra biləcək praktiki biliklərlə təchiz etməkdir.
2 nömrəli ümumi orta internat məktəbi, 11 nömrəli inteqrasiya təlimli internat məktəbi, 8 nömrəli sanatoriya tipli internat məktəbində həyata keçirilən təlimlərdə 3 ay ərzində iştirakçılara rəqəmsal bacarıqların artırılması, kompüter hissələrinin sökülüb yığılması, ofis proqramları ilə işləmə bacarığı istiqamətində tədris keçirilib. Proqrama hər internat evindən 13-16 yaş aralığında olan 15 nəfər uşaq qoşulub. Təlimlərin yekununda məzun olan 45 nəfərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Technest” Təqaüd Proqramı çərçivəsində həyata keçirilən sosial statuslu şəxslər üçün təlimlər valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, az təminatlı xanımlar, şəhid ailə üzvləri, qazilər, az təminatlı ailələrdən cəlb olunmuş şagirdləri də əhatə edir.
Rəylər