Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit genişzolaqlı internet xidmətləri üzrə 2026-cı ilin sentyabr ayı hesabatını açıqlayıb.
Hesabatın nəticələrinə əsasən, "Azeronline" sabit genişzolaqlı internet təchizatçıları arasında ölkə miqyasında çox yüksək (150+ Mbit/s)" sürət kateqoriyasına daxil olmaqla ən yüksək performans göstərən provayderlər qrupunda yer alıb.
Provayderin iqtisadi rayonlar üzrə tutduğu sürət kateqoriyaları cədvəldə təqdim olunur:
| İqtisadi Rayon / Ərazi | Sürət Kateqoriyası | Median Sürət İntervalı |
| Bakı | Çox Yüksək | 150+ Mbit/s |
| Abşeron-Xızı | Çox Yüksək | 150+ Mbit/s |
| Gəncə-Daşkəsən | Çox Yüksək | 150+ Mbit/s |
| Qarabağ | Çox Yüksək | 150+ Mbit/s |
| Qazax-Tovuz | Çox Yüksək | 150+ Mbit/s |
| Quba-Xaçmaz | Çox Yüksək | 150+ Mbit/s |
| Lənkəran-Astara | Çox Yüksək | 150+ Mbit/s |
| Mərkəzi Aran | Çox Yüksək | 150+ Mbit/s |
| Mil-Muğan | Çox Yüksək | 150+ Mbit/s |
| Şirvan-Salyan | Çox Yüksək | 150+ Mbit/s |
Hesabatda qeyd olunan ərazilər "Azeronline" provayderinin xidmət göstərdiyi bütün regionları tam əhatə edir. Şirkət fəaliyyət göstərdiyi hər bir iqtisadi rayonda istisnasız olaraq ən yüksək sürət kateqoriyasında qərarlaşıb.
İKTA-nın mütəmadi olaraq dərc etdiyi aylıq hesabatların təhlili göstərir ki, "Azeronline" son 11 ay ərzində 150 Mbit/s və daha yüksək sürət göstəricisini sabit saxlayaraq provayderlər arasında ardıcıl olaraq ən yüksək kateqoriyadakı lider mövqeyini qoruyub saxlayır.
Qeyd edək ki, İKTA hesabatları "Ookla Speedtest Intelligence" məlumatları əsasında formalaşdırılır. "Azeronline" abunəçilərinə dayanıqlı, sürətli və fasiləsiz internet təmin etmək istiqamətində şəbəkə infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi işlərini fasiləsiz davam etdirir.