12 
Mar
2024
10:30
29
7
678
Virtual karabakh

Çiyin yırtılması zamanı protez materialının əvəz olunmasında yeni müalicə

12 Mar, 2024
10:30
678

Çiyin yırtılması zamanı protez materialının əvəz olunmasında yeni müalicə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çiyin yırtılması zamanı protez materialının əvəz olunmasında Acıbadem klinikalar şəbəkəsi tərəfindən yeni müalicə növü

Çiyin yırtıqlarının müalicəsində yeni alternativ dünya miqyasında populyarlıq qazanır. Bu üsul çiyin əzələlərinin bərpa olunmayan yırtıqları zamanı istifadə edilir, ayağın yan hissəsindən alınan sağlam toxumalar çiyinə köçürülür.

Acıbadem Klinikasının professoru Arel Gereli

Səbəbindən asılı olmayaraq, vaxt itirmədən yırtıqları aradan qaldırmaq lazımdır. Belə vəziyyətdə olan xəstələrin əksəriyyəti əməliyyatdan çəkinirlər.

“Acıbadem” Ortopediya və Travmatologiya üzrə professoru Arel Gereli deyir ki, xəstələr bəzən qorxduqları üçün vaxt itirirlər:

“Təəssüf ki, çiyin əzələsi yırtığı olan xəstələrin təxminən 20%-i əməliyyatdan qorxduqları üçün vaxt itirirlər. Nəticədə, oynaq səhv istifadə olunur,  əsas funksiyasını və işləmə qabiliyyətini itirir. Buna görə də insanın həyatına ciddi şəkildə təsir göstərir”.

Çiyin oynağının yırtılması həyat keyfiyyətinə təsir göstərir

Çiyin oynağı bədənimizdə ən böyük hərəkət diapazonuna malikdir və buna görə daha çox travmalara məruz qalır. Çiyin ətrafında yerləşən “rotator manjet” adlanan əzələ qruplarının yırtılması şiddətli ağrı və məhdud hərəkətə səbəb olduğu üçün həyat keyfiyyətinə ciddi təsir göstərir. Çiyin əzələsinin yırtılması ortopediya praktikasında ən çox rast gəlinən problemlərdən biridir və 65 yaşdan yuxarı insanlarda 60%-də mövcuddur.

Çiyin əzələlərinin yırtılması gənclərin də problemidir

Travmalar, ağır əşyaların qaldırılması, xüsusən də idman zədələri nəticəsində gənclər çiyin yırtılmasından əziyyət çəkir. Bu vəziyyət aşkar edildikdə dərhal aradan qaldırılmalıdır. Əks halda, əzələ öz həyat və sağalma qabiliyyətini itirir. “Oynaq kapsulasının yuxarı hissəsinin rekonstruksiyası” xüsusilə bu qrup xəstələr üçün praktikaya yeni tətbiq olunan protez alternativdir. Protez risklini nəzərə alaraq bu üsula üstünlük verilir.

Protez əməliyyatı üçün uyğun olmayan xəstələrə yenilik

Vəziyyət irəlilədikcə, sağalma qabiliyyəti itirilir və inkişaf etmiş yırtıq üçün rekonstruktiv cərrahiyyənin mümkün olmadığından məhdud sayda seçimləri olur. Protezlər zamanla dəyişdirilməli olduğu üçün bu üsula üstünlük verilməsə də seçim arasında birincisidir. Çiyin oynağının rekonstruksiyası bərpa olunmayan əzələ yırtığı olan 50-70 yaşlı insanlar üçün yaxşı seçim kimi görünür.

Dünyada tətbiq edilən bu xilasedici əməliyyat protez əməliyyatı keçirmək istəməyən hər kəs üçün bir seçimdir. Ayağın yan hissəsindən qalın əzələ təbəqəsi alınır və çiyinə tikilir və çiyin oynağı yenidən işləməyə başlayır. Ağrı azalır və xəstənin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır. Əlavə olaraq oynağın struktur deformasiyasının qarşısını almaq olur. Xəstənin öz toxumasından istifadə edildiyi üçün uyğunlaşma protez materialından daha asan keçir. Xəstələr xüsusi hərəkət və fizioterapiyadan 4 ay sonra gündəlik həyat fəaliyyəti ilə məşğul ola bilərlər.

Protez və əməliyyatlar üçün Acıbadem Bakı nümayəndəliyinə müraciət edə bilərsiz.

“Acıbadem” Bakı nümayəndəliyi: Səməd Vurğun küçəsi, 36,

Telefon: (+994 12) 595-96-81

“Acıbadem” Gəncə nümayəndəliyi: Məmməd Xəlilov küçəsi, 4-cü mikrorayon, mənzil 15, telefon: (+994 22) 255-07-06

Siz həmçinin internet saytı və ya klinikanın rəsmi nümayəndəliyi vasitəsilə sorğu göndərməklə “Acıbadem” şəbəkəsinin aparıcı həkimlərindən pulsuz ikinci tibbi rəy ala bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri