29 
Mar
2024
09:34
49
18
801
Virtual karabakh

“SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötdü

29 Mar, 2024
09:34
801

“SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirən mühüm layihələrdən olan “SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötüb.

İki ildir ki istifadəyə verilmiş yeni nəsil rəqəmsal imza artıq E-gov, ƏMAS, Elektron Məhkəmə, “İnternet Vergi İdarəsi” portalı, “Smart Customs”, “Güzəştli mənzil”, Elm və Təhsil Nazirliyinin “Ali və Orta İxtisas Təhsil Alt Sistemi” portalı kimi bir çox dövlət xidmətlərinin, bankların sistemlərinə inteqrasiya edilib.

Biometrik həllərə və süni intellektə əsaslanan, əl imzası ilə eyni hüquqi qüvvəyə malik və vətəndaşlar üçün pulsuz olan “SİMA İmza”nın əlçatanlığı əhalinin elektron imzaya olan marağını artırmaqda, ekosistemə müsbət təsirini göstərməkdədir. Hazırda milli brendin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri