29 
Mar
2024
11:28
38
16
1610
Virtual karabakh

M3 çipli yeni MacBook Air-in Azərbaycanda satışına başlanılıb - FOTO

29 Mar, 2024
11:28
1610

M3 çipli yeni MacBook Air-in Azərbaycanda satışına başlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

29 mart tarixində Apple şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşları innovativ M3 çipi ilə təchiz edilmiş yeni MacBook Air notbuklarının satışına başlayıblar.

Yeni məhsul daha yüksək performans və sürətə malikdir ki, məhz bunun sayəsində cihazın sahibi eyni vaxtda bir çox proqramları işə sala və ən mürəkkəb tapşırıqları yerinə yetirə biləcək.

Ultra yüngül və incə MacBook Air-i hər yerə özünüzlə apara bilərsiniz. 18 saata qədər batareya davamlılığı isə  gün ərzində enerji adapterinə ehtiyac duymayacağınızı təmin edir.

Apple MacBook Air M3 ən son Wi-Fi 6E standartını dəstəkləyir. Bu o deməkdir ki, istifadəçi ən sürətli Wi-Fi şəbəkələrinə və siqnala minimal maneələrlə daxil ola bilər.  

Yeni məhsulun başqa bir xüsusiyyəti iki xarici displeyin bir anda birləşdirmək imkanıdır. Bu üstünlük paralel olaraq bir neçə tapşırıq üzərində işləməyə adət edən və genişləndirilmiş iş sahəsinə ehtiyacı olan hər kəs tərəfindən yüksək qiymətləndiriləcəkdir.

Yeni MacBook Air iki ölçüdə təqdim olunur: sevimli notbukunu heç vaxt tərk etməyənlər üçün portativ 13 düymlük versiya və daha böyük ekrana ehtiyacı olanlar üçün 15 düymlük model.

Hər iki, 13 və 15 düymlük modellər təkrar emal edilmiş alüminium korpuslu dörd klassik rəngdə təklif olunur: Silver, Space Gray, Starlight və Midnight. Sonuncuda örtük emalının yeni texnologiyasından istifadə edilib ki, bu da korpusun daha az çirklənməsini təmin edir və bununla barmaq izləri görünməz olur.

Satışın ilk üç günü ərzində alıcılar xüsusi təklif - 170 AZN-ə qədər güzəşt əldə edəcəklər.

Bununla belə, bu təklif rəsmi Apple tərəfdaşlarından satın almağın yeganə üstünlüyü deyil. Apple avadanlığını rəsmi idxalçıdan almaqla alıcı istehsalçıdan zəmanət əldə edir və lazım gələrsə, satın aldığı ölkədə servis xidmətindən yararlana bilir.

Əgər iş və gündəlik tapşırıqlar üçün güclü, müasir notbuka ehtiyacınız varsa, M3 çipli yeni MacBook Air sizin əvəzolunmaz yardımçınıza çevriləcək. Alışınıza daha da müsbət emosiyalar qatmaq üçün rəsmi Apple tərəfdaşlarının xüsusi təklifini qaçırmayın.

Apple-ın Azərbaycandakı rəsmi tərəfdaşları:

iSpace,Kontakt Home, Baku Electronics, Irshad, MyShops

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri