19 
Apr
2024
13:20
14
32
578
Virtual karabakh

“Azercell” yeni Böhran İdarəetmə Qrupu layihəsini elan edib

19 Apr, 2024
13:20
578

“Azercell” yeni Böhran İdarəetmə Qrupu layihəsini elan edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin lider mobil operatoru “Azercell” qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu (Qrupun məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir) layihəsini elan edib.

“Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.

BİQ layihəsi Azərbaycan Respublikasının Kosmik Agentliyi, “Aztelekom”  və “Baktelekom” MMC-nin tərəfdaşlığı ilə  həyata keçirilir.

Artıq bu şirkətlərin texniki heyətləri “Azercell” tərəfindən təşkil olunmuş  təlimlərdə uğurla iştirak ediblər. Həmçinin layihə çərçivəsində böhran və fövqəladə hallar zamanı qəza-bərpa tədbirlərinin çevik şəkildə yerinə yetirilməsi üçün tərəfdaşlarla birlikdə operativ qruplar və texniki infrastruktur da yaradılıb. Məqsəd ölkə ərazisində baş verə biləcək böhran və təbii fəlakətlər zamanı birgə addımlar atmaq üçün öncədən təşkilatlanmaqdır.

BİQ layihəsi yalnız Azərbaycanda deyil, həm də Qafqaz regionunda və Türk dövlətləri ərazisində böhran və fövqəladə halların fəsadlarının aradan qaldırılması üçün geniş imkanlar yaradır. 

Qeyd edək ki, bu layihənin ərsəyə gəlməsinə səbəb ölkə başçısının Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi olub. Fövqəladə Zirvə görüşünün sonunda Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri