Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Azerbaijan Fish Farm" MMC gələcək liderlər üçün təhsil layihəsinə start verir
"Azerbaijan Fish Farm" MMC - dəniz faunasının qorunmasında fəal rol oynayan və dayanıqlı Xəzər kürüsünün istehsalında lider olan şirkət, akvakultura və beynəlxalq biznes sahəsində satış mütəxəssislərinin hazırlanmasına yönəlmiş iki illik təhsil proqramının başladılmasını qürurla elan edir.
Təhsil proqramı haqqında:
"Azerbaijan Fish Farm" MMC-də inkişaf proqramı nəzəri kursları və şirkətin istehsal təsərrüfatlarında praktiki təlimləri, eləcə də beynəlxalq sərgilərdə iştirakı əhatə edir. Proqram iştirakçılara yalnız akvakultura sahəsində bilikləri dərinləşdirmək imkanı deyil, həm də beynəlxalq ticarət əməliyyatları və marketinq sahəsində dəyərli təcrübə qazanmaq fürsəti təqdim edir.
Proqram iştirakçıları üçün imkanlar:
Yerli və beynəlxalq sərgilərə qatılma, "Azerbaijan Fish Farm" və Xəzər kürüsünü təmsil etməklə, fəaliyyətimizin mühüm bir aspekti olan Azərbaycan kürüsünün şöhrətini bərpa etməyə və endemik balıq növlərinin qorunmasına yönəlmişdir.
Namizədə olan tələblər:
Əgər siz dinamik inkişaf edən sahədə karyeranıza başlamağa, Azərbaycanı dünya səviyyəsində təmsil etməyə və Azərbaycanın unikal irsini qorumağa hazırsınızsa, bizim komandamıza qoşulun:
* Dördüncü kurs və magistr tələbələri, həmçinin yeni məzunlar;
* Yaradıcı, yenilikçi şəxsiyyətlər, daim öyrənməyə və peşəkar inkişafa can atanlar;
* Azərbaycan və ingilis dillərini bilənlər (ərəb, alman və fransız dilləri üstünlükdür);
* Güclü kommunikativ bacarıqlara (şifahi və yazılı) malik olanlar.
Əlaqə:
Proqramda iştirak etmək üçün öz CV-nizi "International Sales Specialist" başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Şirkət haqqında:
"Azerbaijan Fish Farm" dünyada ilk dayanıqlı Xəzər kürüsü istehsalçısıdır. Bizim fəaliyyətimiz Azərbaycan kürüsünün əfsanəvi şöhrətini bərpa etmək və Xəzər dənizinin unikal endemik balıq növlərinin qorunmasına yönəlmişdir. Siz komandamıza qoşularaq unikal missiyamızın bir hissəsi ola bilərsiniz. Gəlin birlikdə dünya bazarlarını fəth edək və Azərbaycan mədəniyyətinin gözəlliyini və unikallığını "Baku Caviar" brendi vasitəsilə nümayiş etdirək.