Dek
2015
14:22
48
18
8572
Virtual karabakh

13 aydır məhbus olan müğənni həbsxanada seriala çəkildi – FOTO

8 Dek, 2015
14:22
8572

13 aydır məhbus olan müğənni həbsxanada seriala çəkildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəhənnəm sadəcə acı çəkdiyimiz yer deyil”.

13 aydır məhbus olan müğənni Deniz Seki Türkiyənin “ATV” kanalında  yayımlanan “Eşkıya dünyaya hökmdar olmaz” serialı üçün kamera qarşısına keçib. 

Oxu.Az Türkiyə KİV-nə istiandla xəbər verir ki, Deniz Sekiyə həbsxanada Məryəm Çakırbeyli rolunu canlandıran aktrisa Deniz Çakır yoldaşlıq edib.

Belə ki, müğənni serialın həbsxanada çəkilən  14-cü bölümündə qonaq aktrisa kimi rol alıb. 

Serialın səhnələri Sekinin qaldığı Bakırköy Kadın Kapalı Ceza İnfaz Kurumunda çəkilib. 

Seki həbsxanada yazıb bəstələdiyi mahnını da ilk dəfə serialda səsləndirəcək.

Həmin səhnənin çəkilişi üçün serialın prodüseri Raci Şaşmaz əvvəl Sekinin ailəsi və vəkillərindən, sonra isə Ədalət Nazirliyindən xüsusi icazə alıb. 

Ssenaridə Deniz Sekinin içəridə bu günə qədər yaşadığı, duyduğu gördüyü gerçək hekayələrdən bəzi nüanslar yer alıb. 

Deniz Sekinin serialda ən səs salacaq  sözləri isə budur:

“Cəhənnəm sadəcə acı çəkdiyimiz yer deyil. Acı çəkdiyimizi heç kimin eşitmədiyi yerdir”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri