15 
Apr
2016
21:45
31
227
11664
Virtual karabakh

Samir Piriyev-Kamran Həsənli qalmaqalı: 80 min dolları kim “yeyib”? – VİDEO

15 Apr, 2016
21:45
11664

Samir Piriyev-Kamran Həsənli qalmaqalı: 80 min dolları kim “yeyib”? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni və şoumen aralarında yaşanan gərginlikdən danışdılar.

Bir müddətdir gündəmdə olan müğənni Samir Piriyev və şoumen Kamran Həsənli arasındanı gərginlik səngimir. 

Oxu.Az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, müğənni şoumeni dələduzluqda ittiham edir, hətta bacısını da bu işə qatıb. Kamran Həsənli isə ittihamların doğru olmadığını və pulun şərikli biznesdə batdığını deyir. Bununla belə onu qaytaracağını bildirir.

Türkiyədə şərikli biznes təşəbbüsü iki tanınmışın arasını vurub. Bir müddətdir gündəmdə olan bu qalmaqal səngimir.

Məhşur müğənni ilə aparıcı arasında yaşanan mübahisəyə səbəb quracaqları işə qoyduqları puldur. Müğənni Samir Piriyev Türkiyədə quracaqları işə görə Kamran Həsənliyə 115 min dollar pul verib. Elə bütün problemdən bundan sonra başlayıb.

Pulların şirkətə qoyulduğunu və həmin şirkətin müflis olduğunu deyən Kamran Həsənlinin sözlərinə görə müğənninin adına səhmlər var. Ancaq Samir Priyev ona məxsus hansısa səhmlə bağlı sənəd olmadığını deyir.

Ayrı-ayrılıqda mətbuat konfransı keçirən tərəflər artıq məhkəməyə də müraciət edib. Müğənni Samir Piriyev hətta Kamran Həsənlinin bacısı Gülər Həsənlini də dələduzluqda ittiham edir. Müğənninin vəkili Ruslan Əhmədoğlunun sözlərinə görə o, Daxili işlər nazirliyinə məsələ ilə bağlı müraciət də edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri