May
2016
17:01
49
171
14506
Virtual karabakh

Bakıya gələn aktyorun 2 il həbsi tələb olunur – FOTO

6 May, 2016
17:01
14506

Bakıya gələn aktyorun 2 il həbsi tələb olunur – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Psixoloji və ruhən çətin anlar yaşayırdım”.

Türkiyə Baş Prokurorluğu narkotik maddə istifadə etməkdə ittiham olunan 34 nəfərlə bağlı məsələyə yenidən baxıb.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, aralarında müğənni Cenk Eren, aktyor Çağatay Ulusoy, aktrisa Gizem Karaca da olmaqla 3 məşhur simanın 2 ilə qədər həbsi istənilir.

2013-ci ilin yanvarında aparılan əməliyyatlarda adıçəkilən tanınmışlar nəzarət altına alınmışdı.

Bir müddət polis bölməsində saxlanılan Çağatay Ulusoy daha sonra sərbəst buraxılmışdı. “Narkotik maddənin istifadəsi və satışı”na görə günahlandırılan Ulusoy məhkəmədə ifadə vermişdi.

İlk ifadəsində heç kimə narkotik maddə satmadığını söyləyən Çağatay Ulusoy özünü belə müdafiə etmişdi:

“Bizim çalışdığımız sahədə çox insan gizli çəkir. O dövrdə “Əmirin yolu” serialında oynayırdım. Psixoloji və ruhən çətin anlar yaşayırdım. Həmin vaxtlarda istifadə etməyə başaldım”.

Məhkəmə Ulusoyun həbssiz mühakimə olunmasına qərar vermişdi.

Xatırladaq ki, aktyor Çağatay Ulusoy və həmkarı Leyla Lidia Tuğutlu cari ilin yanvar ayında Bakıya gəlmişdilər. Ulduzlar baş rolunu ifa etdikləri “Delibal” filminin qala gecəsində iştirak etmişdilər. Gecədə pərəstişkarları aktyorları izdihamla qarşılamışdılar.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri