13 
Okt
2016
14:44
147
24
7114
Virtual karabakh

Elçin Əzizov: Üzr istəməlidir!

13 Okt, 2016
14:44
7114

Elçin Əzizov: Üzr istəməlidir!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Əməkdar artisti Elçin Əzizov Rusiya və Gürcüstan müğənnisi Soso Pavliaşvilinin Azərbaycana gəlişi ilə bağlı bəyanatını şərh edib.

O bildirib ki, S.Pavliaşvili Azərbaycan xalqından üzr istəməlidir.

“Qısa danışacağam. Çünki komanda yoldaşlarım artıq bununla bağlı fikirlərini bildiriblər, mən isə onların dedikləri ilə tamamilə razıyam. Şəxsən öz adımdan əlavə etmək istəyirəm ki, Soso Pavliaşvilinin üzr istəyib-istəməməyindən asılı olmayaraq, mənim ona qarşı münasibətim dəyişməyəcək! Lakin üzr istəməlidir!”, – deyə E.Əzizov Oxu.Az-a bildirib.

Xatırladaq ki, Pavliaşvili 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və turizm nazirinin sərəncamı ilə Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri