Müğənni Natavan Həbibi “Instagram”da maraqlı video paylaşıb.
Oxu.Az xəbər verir ki, ifaçı həmkarı Xuraman Şuşalının azyaşlı oğlu Abbas N.Həbibini əvvəlcə üzündən, sonra isə dodağından öpüb.
Reper Dado (Səid Əliyev) ilə nişanlı olan N.Həbibi sosial şəbəkədə sözügedən paylaşımına “Dado, mən günahkar deyiləm, o özü etdi” şərhini yazıb.
Qeyd edək ki, cütlük münasibətlərini uzun müddət mediadan gizli saxlamağa çalışıb, bir neçə gün əvvəl onların evlənməyə hazırlaşdığı məlum olub. 1981-ci il 20 mayda dünyaya göz açan N.Həbibi nişanlısından 6 yaş böyükdür. Onun gələcək həyat yoldaşı Dado 1987-ci il 25 oktyabrda doğulub.
A.S.
www.oxu.az
Rəylər