Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dünyanın ən yaşlı monarxı xəstələnib
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qızdırma və oynaq ağrıları səbəbindən tibbi müayinədən keçəcək.
Bu barədə monarxın ofisinə istinadən məlumat yayılıb.
Məlumata görə, prosedurlar Ciddədəki sarayda ixtisaslaşmış klinikada aparılacaq.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Böyük Britaniyanın 96 yaşlı kraliçası II Elizabetin vəfatı ilə Salman bin Əbdüləziz dünyanın ən yaşlı monarxı oldu. Dekabrda onun 89 yaşı tamam olacaq.
Mənbə: TASS
"Səudiyyə Ərəbistanı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar