13 
Dek
2017
14:24
176
215
24196
Virtual karabakh

Fədayə Laçında xəstəlik aşkarlandı

13 Dek, 2017
14:24
24196

Fədayə Laçında xəstəlik aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fədayə Laçın Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə vəkil Türkel Süleymanlı deyib.

O bildirib ki, F.Laçın "Hepatit C" xəstəsidir: "Onun təcridxanada qalması səhhətinə pis təsir edir, həbsdə qalması təhlükəlidir. Ona görə də apellyasiya şikayəti verəcəyik. Əgər şikayətimiz təmin edilməsə, Fədayə xanımın müalicə müəssisəsinə köçürülməsi barədə müraciət edəcəyik. Fədayə Laçın istintaqa özü gəlib və saxlanılıb. O, nə istintaqdan yayınıb, nə də istintaqa təsir edə bilər".

Qeyd edək ki, bu gün Nəsimi Rayon Məhkəməsində Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri