Əməkdar artist Tünzalə Ağayeva və müğənni Nura Suri tədbirlərin birində bir araya gəlib.
Oxu.Az xəbər verir ki, aralarında soyuq küləklər əsən ifaçılar bir-birini görməzdən gəlib.
Nura Suri tədbirdən çıxan zaman Xalq artistləri Faiq Ağayev, Firəngiz Mütəllimova və Tünzalə ilə qarşılaşıb. Faiqlə və Firəngizlə görüşən sənətçi yaxın məsafələrdə olsa da, Tünzalə ilə salamlaşmayıb.
Eynilə də tələbəsi Samira Əfəndi və prodüseri Yalçın Cabbarovla həmin yerdə duran Əməkdar artist müğənni ilə göz-gözə gəlməmək üçün başqaları ilə söhbət edib.
Bu məqamda bildirək ki, ifaçıların arasında olan soyuq münasibətlər uzun müddətdir davam edir.
Nura və Tünzalə bir-birini görməzdən gəldi – VİDEO
Pərviz Huseyn
www.oxu.az
Rəylər