30 
Apr
2018
00:19
100
288
19705
Virtual karabakh

Dua Lipanın Bakı təəssüratı və konsertində yaşananlar – FOTO + VİDEO

30 Apr, 2018
00:19
19705

Dua Lipanın Bakı təəssüratı və konsertində yaşananlar – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur gənc müğənni Dua Lipa Azərbaycan Qran-prisinin sonuncu günündə “Crystall Hall” səhnəsində sevənləri ilə görüşüb.

Oxu.Az xəbər verir ki, ötən gecə Bakıya təşrif buyuran Lipa bu gün “Formula 1” yarışlarını da seyr edib. Bu barədə sosial media hesabında paylaşımlar edən Dua yarışmaya marağı olduğunu gizlətməyib.

Gün içində müğənninin ayağının yaralanması da ortaya çıxıb. Lipa həmin görüntünü “Instagram Story”dən paylaşıb.

Günün sonunda 22:00-da “Crystall Hall” səhnəsinə çıxıb, 1 saat 15 dəqiqə performans sərgiləyən müğənni gecəboyu bitməyən enerjisi ilə tamaşaçıları coşdurub.

O, konsertdən sonra “Instagram Story”də  üstündə buta və milli ornamentlərimizin əks olunduğu araxçınla fotosunu paylaşaraq azərbaycanlılara təşəkkür edib:

“Bu gözəl hədiyyə Azərbaycanın Milli papağıdır. Bu gecə üçün təşəkkür edirəm”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri