21 
Avq
2018
17:12
287
84
10381
Virtual karabakh

Sərxan Mətanəti məhkəməyə verdi

21 Avq, 2018
17:12
10381

Sərxan Mətanəti məhkəməyə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədova arasındakı gərginlik səngimək bilmir.

Oxu.Az xəbər verir ki, Əsədovanın qarşı tərəfin ünvanına təhqirlər səsləndirməsindən sonra Kərəmoğlu “Xoş gəldin” proqramında ona cavab verib.

Aparıcı bildirib ki, müğənnini təhqir etməyib, həqiqətləri deyib:

“Əsədova, sizi təhqir yox, tənqid etmişəm. Dedim ki, söyüş olanda məclisdən durub, başqa yerdə oturardınız. İçkili adamlardır. Muğam oxuyursan, orada qəribə səslər çıxarırlar. Bu gün çıxdılar verilişə (“Hər şey daxil” verilişini nəzərdə tutur - red.), nəyi açıb, çözə bildilər? Biz də bilirik, Gəncədən gələndə yolüstü oturublar Şamaxıda, yükləri xurma yox, söyüş olub.

Bəli, videonu özün yaymısan. Məni efirdə təhqir etməyinin cavabını isə zibil yox, sivil formada alacaqsan. Mənə təşəkkür et ki, iki verilişdir sənə həsr edirəm”.

Sərxan Mətanəti məhkəməyə verdiyini bildirib:

“Dünən gəlməmişəm efirə. Nə 15 minlik maşın sürürəm, nə də... Maşınımı satsam, heç 10 min qiyməti yoxdur. Mətanət, eşşəyə gücün çatmayanda, palanı tapdalamaq sizə xas olandır. 

Siz mənim insanlığıma, kişiliyimə söz atdınız. Məni yoxlamaq üçün həkimə getməyə iki şəxs lazımdır: O da övladlarımdır. Şübhə ilə yanaşsalar, gedərəm. Sizə “pozğun qadın” deməmişəm. Sizə Ağaxan Abdullayevin dediyi sözləri işlətmişəm.

Sən gözəl sənətkarsan, amma sənətkar olmaq adam olmaq demək deyil. Sizin mənim haqqımda dedikləriniz təhqirdir. Buna görə də məhkəməyə müraciət etmişəm. Məhkəmədə sizinlə görüşmək ümidilə”. 

Qeyd edək ki, Sərxan Mətanət Əsədovanı sosial şəbəkədə kişi məclisində içki içən yerdə çəkilən videosuna görə Azərbaycan qadının adına ləkə olduğunu söyləyib. Tərəflər arasındakı qalmaqal da bundan sonra başlayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri