21 
Avq
2018
12:06
103
575
47826
Virtual karabakh

Müğənni Mətanət: O yerim qalmadı ki, oradan öpməyəsən - VİDEO

21 Avq, 2018
12:06
47826

Müğənni Mətanət: O yerim qalmadı ki, oradan öpməyəsən - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Mətanət Əsədova “Hər şey daxil” verilişinin qonağı olub.

Oxu.Az xəbər verir ki, o, videosunu yayan şəxsi bağışlayacağını bildirib:

“Səni bağışlayacam, ona görə ki, sən şəhid qardaşısan. Ancaq Azərbaycan kişisi, polisi, əsgəri adına xələl gətirməyin. Səni ananın göz yaşına görə, şəhidin qanına görə bağışlayacam”.

O, daha sonra haqqında “Azərbaycan qadınının adına ləkədir” fikrini deyən aparıcı Sərxan Kərəmoğluna sərt sözlər deyib.

“Sərxanı bağışlamayacam. Sən Allah verdiyini əldən verənsən, verilişinə gəlməmişəm deyə, o sözləri niyə işlətmisən? İlan içimizdədir. Sərxan, kişi adını korlama. Hələ ki, bu söhbətin üstündən keçəcəm.

Kişi adına xələ gətirən, gəl, səni aparacam həkimə, mən qadın kimi özümü sübut edəcəm, ancaq sən edə bilməyəcəksən. Bir gün mənə göz yaşı axıdırsan, bir gün verilişinə gətirib öpürsən. O yerim qalmadı ki, oradan öpməyəsən.

Onun sifətində nə yoxdur?! İncəsənətə murdarlıq gətirirsən, getdiyin kanaldan qovulursan. Həyasız sifətinlə yenidən məni verilişinə çağırırsan. Səni, gör, qanunla neyləyəcəm?! Tolikin ayağındakı toz da səndən qiymətlidir.

Murdar, savadsız, şərəfsiz, yerə soxum səni! Verilişinə getməmişəm deyə, bu hoqqanı çıxarıb. Sənin başına oyun açacam. Üç gündür yatmıram. Sən milçəyi bağışlamayıb, əzəcəm. Mən yox, səni əzəcəklər. Ağıllı ol! Çaşma!”, - deyə ifaçı bildirib.

Qeyd edək ki, qalmaqala səbəb Əsədovanın içki içərkən yayılan görüntülərindən sonra Sərxanın onu tənqid etməsi olub.

Pərviz Hüseyn

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri