Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Müğənni Mətanət: Allaha and olsun içkiyə meyilli deyiləm - VİDEO
Sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın içki süfrəsində olan görüntüləri yayılıb.
Həmin videoda ifaçının bir neçə bəylə içki içməsi və masadakı bəylərin söyüş söyməsi yer alır.
Sosial şəbəkələrdə tənqidlərə və təhqirlərə məruz qalan Əsədova məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib:
“Məni tanıyanlar bilir ki, təzyiqim var. İçdiyim isə limon suyu idi. Həmin vaxtı yanımda ifaçı Valeh İsrafilov da olub. Limonu adi suya sıxıb mənə verdi. Allaha and olsun mən içkiyə meyilli adam deyiləm. Hər kəs bilir ki, içki içmirəm. Orada məclis var idi. Oturduq bir yerdə. Oxudum da. Yanımdakılar içkili idi. Özlərini ələ alsınlar deyə, xahiş də etdim ki, ata, mən buradayam. İstədim söyüş söyməsinlər”.
Müğənni bildirib ki, video sifarişli şəkildə paylaşılıb:
“Bu işi sifarişlə görüblər və videonu yayıblar. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəm”.
Qeyd edək ki, müğənni Nadir Qafarzadə də “Instagram” hesabında Mətanətin əlindəkinin içki yox, limon suyu olduğunu yazıb.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər